Tərtər atəşə tutulur

  Tərtər atəşə tutulur
  06 Noyabr 2020    Oxunub:2361
Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.

Azvision.az


Teqlər: Tərtər   Düşmən  





Xəbər lenti