Yasamalda avtobus 2 piyadanı vurdu

Yasamalda avtobus 2 piyadanı vurdu
  07 Noyabr 2020    Oxunub:2141
Bakıda avtobus piyadaları vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 6-da saat 08 radələrində Yasamal rayonu ərazisində Şabran rayon sakini R.Poladov idarə etdiyi “Daewoo” markalı avtobusla dayanacaqda olan Abşeron rayon sakinləri Qabil Nağıyevi və İ.Pokinanı vurub.

Piyada Q.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti