Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub

 Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub
  07 Noyabr 2020    Oxunub:3176
Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.

"Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi. Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı. Allah rəhmət eləsin!" , - deyə nazir bildirib.

Azvision.az


Teqlər: Məktəb   Şagird  





Xəbər lenti