Daha 635 yoluxma qeydə alındı, 12 nəfər öldü

Daha 635 yoluxma qeydə alındı,  12 nəfər öldü
  09 Noyabr 2020    Oxunub:2551
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 635 yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 66 min 46 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 49 min 411 nəfər müalicə olunaraq sağalıb, 852 nəfər vəfat edib. Aktiv xəstə sayı 15783 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 447 min 585 test aparılıb. Bugünkü test sayı isə 6355-dir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti