Şəmkirdə qadına qarşı soyğunçuluq edildi

Şəmkirdə qadına qarşı soyğunçuluq edildi
  10 Noyabr 2020    Oxunub:1716
Noyabrın 9-da Şəmkir şəhəri ərazisində bir nəfər Qaracəmirli kənd sakini S.Uğurlayevaya zor tətbiq edib qızıl boyunbağısını alıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının sayıqlığı və operativliyi nəticəsində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalarla soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsin Seyfəli kənd sakini A.Əliyev olması müəyyən edilib. Araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti