Maşın oğrusu karantin postunda tutuldu

Maşın oğrusu karantin postunda tutuldu
  10 Noyabr 2020    Oxunub:1715
Noyabrın 8-də Binəqədi rayonu 5-ci Polis Bölməsinə N.Nərimanov küçəsindən Bakı şəhər sakini H.Cavadovun “Ford” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini S.Nərimanov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, noyabrın 9-da Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Həsənzadə noyabrın 1-də A.M.Şərifzadə küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırılmasını bildirib.

H.Z.Tağıyev qəsəbəsi ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.İbrahimov və əvvəllər məhkum olunan Q.Sadıqov avtomobillə birgə saxlanılmış və Sumqayıt ŞPİ-yə təhvil verilib. Hər iki faktla araşdırma aparılır.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti