“Ölkəmizin tarixində yeni bir səhifə açıldı” - Ziyafət Əsgərov

  “Ölkəmizin tarixində yeni bir səhifə açıldı” -    Ziyafət Əsgərov
  13 Noyabr 2020    Oxunub:1703
Noyabrın 10-da ölkəmizin tarixində yeni bir səhifə açıldı. Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, qardaş Tükiyə hər zaman olduğu kimi Vətən Müharibəsində də Azərbaycanın yanında olub: "Bir millət iki dövlət ifadəsi əbəs yerə deyilməyib. Dövlətlərimiz arasında olan qardaşlıq və dostluq münasibətləri bir daha bütün dünyaya nümayiş olundu".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ZiyafətƏsgərov  





Xəbər lenti