“Bizi satdılar, minlərlə qurban verdik” - Erməni çempion

 “Bizi satdılar, minlərlə qurban verdik” -  Erməni çempion
  14 Noyabr 2020    Oxunub:7389
"Bizə xəyanət etdilər və satdılar. Qarabağı təslim etdiniz, Ermənistanı da verdiniz".
Azvision.az xəbər verir ki, bunu güləş üzrə Avropa çempionu, Qarabağ döyüşlərində iştirak etmiş erməni idmançı Sose Balasanyan bildirib.

“Başa düşürsünüz erməni xalqı, bizə xəyanət etdilər, bizi satdılar. Anna Akobyan, əgər siz xəyanət etməyə hazırlaşırdınızsa, minlərlə qurban lazım deyildi, həyatımızı oyuna çevirməyəcəkdiniz.

Uşalar, siz tez öldünüz və bu ağrıları görmədiniz. Siz Qarabağı təslim etdiniz, Ermənistandan da vaz keçdiniz. Təəssüf ki, Ermənistan tarixinin son səhifəsini çevirdiniz".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti