Karantin qaydalarını pozan 5 nəfər cərimələndi

Karantin qaydalarını pozan 5 nəfər cərimələndi
  14 Noyabr 2020    Oxunub:1322
Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Göyçay rayonunda karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən, eləcə də ictimai iaşə, ticarət obyektlərində və digər ictimai yerlərdə riayət olunmasına nəzarət məqsədilə reydlər davam edir.
Rayon icra hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, son vaxtlar respublikamızda koronavirus pandemiyasına yoluxanların sayının artması Göyçay rayonunda da ciddi narahatlıq doğurur. Buna görə də karantin rejimi qaydalarının gözlənilməsinə nəzarət mexanizmi gücləndirilib.

Təkcə son 3 gün ərzində polis işçiləri tərəfindən küçə və parklarda, ictimai iaşə və ticarət obyektlərində, banklarda, bankomatların qarşısında 217 nöqsan aşkar edilərək ayrı-ayrı şəxslərə xəbərdarlıq olunub, 5 nəfər barəsində protokol tərtib edilib və hər biri 100 manat cərimələnib.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti