Cinayət törədən 24 nəfər saxlanılıb

Cinayət törədən 24 nəfər saxlanılıb
  14 Noyabr 2020    Oxunub:1350
Ötən gün ərzində törədilmiş 19 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, borclu şəxs qismində axtarılan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti