Ağcabədidə intihara cəhdin qarşısı alındı

Ağcabədidə intihara cəhdin qarşısı alındı
  15 Noyabr 2020    Oxunub:1798
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az



Teqlər: FHN   İntihar  





Xəbər lenti