Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakıda avtomobil təmiri sexində yanğın olub
  16 Noyabr 2020    Oxunub:1195
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 450 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, sexin qalan hissəsi və içərisində olan “VAZ” markalı minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Yanğın  





Xəbər lenti