Yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi

Yağışın təsirindən aşan hasar qaz xəttini zədələdi
  16 Noyabr 2020    Oxunub:1824
Noyabrın 16-da intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb. Nəticədə ərazidən keçən 108 millimetr diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a bildirilib ki, bu səbəbdən S.Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qaz təchizatının bərpası məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.





Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti