Koronavirus qripdən iki dəfə ölümcüldür

   Koronavirus qripdən iki dəfə ölümcüldür
  17 Noyabr 2020    Oxunub:2059
Xəstəxanalarda COVID-19 ilə bağlı ölüm hallarının sayı qriplə əlaqədar ölüm hallarından iki dəfə çoxdur. Qripdən ölənlərin statistikası göstərir ki, onların bir çoxu evdə dünyasını dəyişirlər, çünki bu virusu təhlükəli hesab etmirlər.
Bu barədə “Annals of the American Thoracic Society” jurnalında xəstəxanalarda koronavirus və qripdən ölüm hallarını təhlil edən araşdırmanın nəticələrində bildirilib.

Qeyd edilib ki, söhbət xəstəxanalara ağır qrip və koronavirus formaları ilə müraciət edənlərdən gedir. COVID-19 ilə xəstələrdə ölüm nisbəti 40 faiz, qrip xəstələri arasında isə 19 faiz təşkil edir.

Bu məlumatlar xəstənin yaşından, cinsindən, digər xəstəliklərin mövcudluğundan asılı deyildi. Bu, ABŞ-da COVID-19 və qrip xəstələrində klinik xüsusiyyətləri, laboratoriya nəticələrini birbaşa müqayisə edən ilk tədqiqatdır. Əvvəllər bu xəstəliklər arasındakı ölüm halı, xəstəxanalara qəbul olub-olmamasından asılı olmayaraq, bütün xəstələrin ümumi xüsusiyyətlərinə görə müqayisə olunurdu.

COVID-19 üçün dəqiq ölüm nisbətini hesablamaq olduqca çətindir, çünki tam olaraq nə qədər insanın xəstə olduğunu təyin etmək mümkün deyil. Pandemiyanın ilk aylarında yalnız ən ağır xəstələrə testlər edilirdi və asimptomatik və ya yüngül halların 90 faizindən çoxu nəzərə alınmırdı. O zaman sadə hesaba əsaslanaraq, koronavirusdan ölüm nisbətinin demək olar ki, 10 faizə yaxınlaşdığı nəticəyə gəlirdilər. Daha sonra, asimptomatik xəstələr üçün düzəlişlə Dünya Səhiyyə Təşkilatı onu 0,6 faizə endirdi, bu da mövsümi qrip üçün 0,1 faizdən çox yüksəkdir.

Azvision.az


Teqlər: Koronavirus   Qrip  





Xəbər lenti