Yolu keçən kişini maşın vurub öldürdü

Yolu keçən kişini maşın vurub öldürdü
  17 Noyabr 2020    Oxunub:1975
Goranboyda yol qəzası olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 16-ı saat 23 radələrində Goranboy rayonunun Nizami kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 50-55 yaşlı kişi vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti