"Vətən Sağ Olsun - 3 Xüsusi Tapşırıq” layihəsində yeni təşəbbüs

"Vətən Sağ Olsun - 3 Xüsusi Tapşırıq” layihəsində yeni təşəbbüs
  16 Noyabr 2020    Oxunub:1515
"Vətən Sağ Olsun - 3 Xüsusi Tapşırıq” layihəsinin iştirakçıları və layihədə iştirak etmiş hərbçilər “İrşad Electronics” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılacaqlar.
Azvision.az xəbər verir ki, bu təklif şirkət tərəfindən təqdim olunub və layihə rəhbəri də bunu müsbət dəyərləndirilib.

Bundan əlavə finalçılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi pul mükafatı təqdim olunacaq.

“N” saylı hərbi hissədə keçirilən yarışda minlərlə gəncin arasından seçilən 10 tələbə verilən çətin, adrenalin dolu xüsusi tapşırıqları əzm və cəsarətlə yerinə yetirir və qalib olmaq uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, veriliş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Daxili işlər Nazirliyinin Daxili Qoşunları və M.Z. Productionun təşkilatçılığı ilə keçirilir və hər həftənin şənbə günü saat 11:15-də İctimai TV-də yayımlanır.

Təşəbbüs göstərən şirkətin nümayəndəsi İTV-də yayımlanan MAG – Müasir Azərbaycan Gəncləri verilişində qonaq olub.Layihənin media dəstəyi Azvision.az xəbər saytıdır.

Verilişin linkini təqdim edirik :





Teqlər: İTV  





Xəbər lenti