Qubada daha 5 koronavirus xəstəsi saxlanıldı

Qubada daha 5 koronavirus xəstəsi saxlanıldı
  18 Noyabr 2020    Oxunub:2525
Qubada yaşayış yerini tərk edən 5 nəfər koronavirus xəstəsi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxmuş 5 nəfərin yaşayış yerlərini tərk etdikləri müəyyən edilib.

Belə ki, noyabrın 17-də Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirus infeksiyasına yoluxmuş və yaşadığı evi tərk etmiş Qımıl Qazma kənd sakini N.Abbasəliyev, Zərdabi qəsəbə sakini B.Əliyev, Şabran rayon sakini T.Əhmədov, Qusar rayon sakini N.Mahmudov və Xaçmaz rayon sakini M.Rəcəbova saxlanılıblar.

Müəyyən edilib ki, koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə onlara ev şəraitində müalicə təyin olunmuş, yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Lakin onlar qaydaları pozaraq yaşadıqları ünvanları tərk edən və digər insanlar üçün real təhlükə yaradıblar.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilmiş və onlardan N.Mahmudov Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana, digər 4 nəfər isə Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Azvision.az



Teqlər: Pandemiya   Quba  





Xəbər lenti