Yaxın 3 gün ərzində hava necə olacaq?

Yaxın 3 gün ərzində hava necə olacaq?
  18 Noyabr 2020    Oxunub:2560
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Havanın maksimal temperaturu aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Azvision.az



Teqlər: Hava   ETSN  





Xəbər lenti