Qanunsuz ov edən şəxs cərimələndi

Qanunsuz ov edən şəxs cərimələndi
  19 Noyabr 2020    Oxunub:2088
Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Biloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib.

O bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini Əhəd Abbasov olduğunu məlum olub: "Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub".

Azvision.az



Teqlər: Ov   ETSN  





Xəbər lenti