Qəza törədən qadın sürücü saxlanıldı

  19 Noyabr 2020    Oxunub : 1137
Qəza törədən qadın sürücü saxlanıldı
Gəncədə yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də G.Cəfərovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Şəmilova saxlanılıb.


Azvision.az

Teqlər: DİN   Qəza