Mağazadan 34 minlik oğurluq edildi

Mağazadan 34 minlik oğurluq edildi
  19 Noyabr 2020    Oxunub:1836
Bakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki telefon satışı mağazalarının birindən 34 519 manat dəyərində mobil telefonlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Mehdiyev və F.Kərimli saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti