Ucarda ağır yol qəzası, ölən var

Ucarda ağır yol qəzası, ölən var
  20 Noyabr 2020    Oxunub:2695
Ucar rayonunun Qazıqumlaq kəndində ”Belarus” markalı traktor və "Hyundai" markalı minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1964-cü il təvəllüdlü Əliyeva İradə Zili qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza   Ölüm  





Xəbər lenti