Bakıda içərisində pul olan seyf oğurlandı

Bakıda içərisində pul olan seyf oğurlandı
  21 Noyabr 2020    Oxunub:1740
Bakıda marketdə oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsi (PŞ), Nəsimi RPİ 19-cu PŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Z.Bünyadov prospektindəki marketlərin birindən içərisində 800 manat pul olan seyf, 2 300 manat dəyərində tütün məmulatı, spirtli içki və yağ oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Hüseynli, R.Həsənov və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti