Ceyranbatanda qəza ölümlə nəticələndi

Ceyranbatanda qəza ölümlə nəticələndi
  22 Noyabr 2020    Oxunub:1990
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü İbrahimova Ruhiyyə Tacir qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti