Bərdədə dəhşətli qəza: 46 yaşlı kişi yanaraq öldü

      Bərdədə dəhşətli qəza:    46 yaşlı kişi yanaraq öldü
  22 Noyabr 2020    Oxunub:2363
Bərdə rayonunda “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə minik avtomobillərdən birinin yanar hissələri yanıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində 1974-ci il təvəllüdlü Camalov Ədalət Nəbi oğlunun yanmış meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Qəza   Maşın  





Xəbər lenti