Beyləqanda 4 avtomobil yanıb

Beyləqanda 4 avtomobil yanıb
  22 Noyabr 2020    Oxunub:2296
Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altında təmirə dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai”, “Kia” və "Mercedes" markalı minik avtomobillərinin mühərrik hissələri yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, avtomobillərin qalan hissəsi, bitişik sex və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti