İsmayıllıda taxta emalı sexi yanıb

İsmayıllıda taxta emalı sexi yanıb
  22 Noyabr 2020    Oxunub:2047
İsmayıllı rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 450 m² olan taxta emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə, içərisində yığılan 30 ton ot bağlamasının 5 tonu və 22 m³ taxta materialının 2 m³ yanıb. Sexin, ot bağlamalarının və taxta materialının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti