Bu günə gözlənilən hava proqnozu

Bu günə gözlənilən hava proqnozu
  23 Noyabr 2020    Oxunub:1714
Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, Bakıda və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 771 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Bu gün Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayır-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti