Soyğunçuluq edən şəxs saxlanılıb

Soyğunçuluq edən şəxs saxlanılıb
  23 Noyabr 2020    Oxunub:2322
Nizami rayonunda soyğunçuluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, noyabrın 22-də rayon polis idarəsinin 24-cü polis bölməsinə rayon ərazisində bir nəfərin Bakı şəhər sakini M.Süleymanzadənin 1350 manat dəyərində mobil telefonunu açıq talama yolu ilə alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini S.Həsənov müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti