Şəkidə evdə partlayış olub, iki nəfər yaralanıb

Şəkidə evdə partlayış olub, iki nəfər yaralanıb
  24 Noyabr 2020    Oxunub:1774
Şəki rayonunun Çeşməli kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 24 m² olan bir otağın lambirindən ibarət tavanı və içərisində ev əşyaları yanıb. Partlayış dalğasının təsirindən evin dam örtüyü qismən çöküb, pəncərə çərçivələri yerindən çıxıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qaz sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti