Axtarışda olan şəxslərdən 4 kq narkotik götürüldü

Axtarışda olan şəxslərdən 4 kq narkotik götürüldü
  24 Noyabr 2020    Oxunub:1597
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən xəbərə görə, Cəilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan F.Tomarov və S.Əliyev paytaxtın Xətai rayonu ərazisindəki kirayə yaşadıqları evdə saxlanılıblar.

Evə baxış zamanı oradan 3 kiloqram heroin, 1 kiloqram metamfetamin, 200 qram həşiş, 50 qram tiryək, 1500 ədəd metadon həbləri və elektron tərəzi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti