Koronavirusdan sağalanlar ağır xəstələrə donor ola bilər

Koronavirusdan sağalanlar ağır xəstələrə donor ola bilər
  24 Noyabr 2020    Oxunub:1843
Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir.

Bildirilir ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var:

"Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik".

Azvision.az


Teqlər: Qan-bankı   Donor  





Xəbər lenti