Lənkəranda meyvə oğruları tutuldu
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Lənkəran rayon sakinləri Fərid Hüseynzadə və Azər Əlizadə olduqları müəyyən olunub. Aparılan araşdırmalarla həmin şəxslərin digər bu kimi əməlləri də aşkarlanıb.
Belə ki, F.Hüseynzadə və A.Əlizadənin rayon ərazisində əlavə olaraq daha 2 təsərrüfatdan ümumilikdə 1 110 manat dəyərində 2 000 ədəd limon, 500 kq naringi və 200 kq portağal meyvələrini oğurladıqları məlum olub.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN