Naftalanda 19 yaşlı gənc itkin düşüb

Naftalanda 19 yaşlı gənc itkin düşüb
  25 Noyabr 2020    Oxunub:1451
Naftalan şəhərində itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Naftalan şəhərinin Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədov noyabrın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Əhmədovun əlamətləri belədir: boyu 178 sm., gözlərinin rəngi qəhvəyi, qara saçlı. Evdən çıxan zaman əynində ağ zolaqlı qara köynək, tünd göy rəngdə gödəkçə, boz rəngdə idman şalvarı və idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 673-13-05 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az


Teqlər: Naftalan   Gənc  





Xəbər lenti