Dieqo Maradona vəfat etdi

 Dieqo Maradona vəfat etdi
  26 Noyabr 2020    Oxunub:3054
Argentinalı futbol əfsanəsi Dieqo Maradona vəfat edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, veteran hücumçu 60 yaşında dünyasını dəyişib.

Məlumata görə, noyabrın 2-də veteran futbolçu La-Plata şəhərində xəstəxanaya yerləşdirilib. Maradona öz istəyi ilə tibbi müayinədən keçirilib, onda subdural hematoma xəstəliyi aşkarlanıb. Bundan sonra Maradonanın üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb, noyabrın 12-də xəstəxanada evə buraxılıb.

Azvision.az


Teqlər: Maradona  





Xəbər lenti