Maska taxmayanlara qarşı reyd keçirildi

Maska taxmayanlara qarşı reyd keçirildi
  26 Noyabr 2020    Oxunub:2627
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşları COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda mütəmadi olaraq maarifləndirici reydlər keçirirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri, onlara açıq havada və qapalı məkanlarda özlərinin və ətraflarının sağlamlıqları üçün mütləq qaydada tibbi maskadan istifadə etmələrinin və sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər.

Keçirilən reyd zamanı karantin rejimi qaydalarını pozan şəxslər barəsində şöbə əməkdaşları tərəfindən inzibati qaydada tədbirlər görülüb.



Azvision.az


Teqlər: Xaçmaz   Reyd   Polis  





Xəbər lenti