Yağış yağacaq, külək əsəcək - Xəbərdarlıq

  26 Noyabr 2020    Oxunub : 1600
   Yağış yağacaq, külək əsəcək -    Xəbərdarlıq
Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Azvision.az

Teqlər: Hava   Xəbərdarlıq