19 koronavirus xəstəsinə cinayət işi başlanıldı

19 koronavirus xəstəsinə cinayət işi başlanıldı
  26 Noyabr 2020    Oxunub:2104
Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib.

Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti