Karantini pozan maşın ustaları cərimələndi

Karantini pozan maşın ustaları cərimələndi
  27 Noyabr 2020    Oxunub:1430
İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri-Hikmət Salihov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti