Postdan keçmək istəyən koronavirus xəstələri saxlanıldı

Postdan keçmək istəyən koronavirus xəstələri saxlanıldı
  27 Noyabr 2020    Oxunub:1490
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha 3 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Masallı rayon sakinləri Sahib Mehdiyev, Laçın Kərimov və Əkbər Əkbərova COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. Əkbər Əkbərov və Sahib Mehdiyev şəhər ərazisində, Laçın Kərimov isə karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postlardan birindən keçmək istəyərkən saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.


Azvision.az




Teqlər: DİN   Post   Karantin  





Xəbər lenti