Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
  27 Noyabr 2020    Oxunub:1765
Son günlərdə COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Azvision.az


Teqlər: Bakı   Dezinfeksiya  





Xəbər lenti