Oğurluq edən keçmiş məhkum tutuldu

Oğurluq edən keçmiş məhkum tutuldu
  27 Noyabr 2020    Oxunub:2171
Sumqayıt şəhərində mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəhər polis idarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da şəhər ərazisindəki evlərin birindən 650 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Səfərov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun daha 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: Sumqayıt   Oğurluq  





Xəbər lenti