Həftəsonu ictimai nəqliyyat işləməyəcək

Həftəsonu ictimai nəqliyyat işləməyəcək
  27 Noyabr 2020    Oxunub:2025
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 28 noyabr saat 00:00-dan 30 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti