Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  28 Noyabr 2020    Oxunub:1387
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Qeyd olunub ki, noyabrın 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Noyabrın 29-u gündüzdən 30-u gündüzədək Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Azvision.az


Teqlər: Hava   Yağış  





Xəbər lenti