Keçmiş məhkumdan yarım kq-dan çox narkotik götürüldü

Keçmiş məhkumdan yarım kq-dan çox narkotik götürüldü
  28 Noyabr 2020    Oxunub:1705
Polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mikayılov Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti