Gündəlik yoluxma sayı 4 mini keçdi

  Gündəlik yoluxma sayı 4 mini keçdi
  28 Noyabr 2020    Oxunub:2994
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4212 yoluxma faktı qeydə alınıb, 1760 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 114 min 25 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 min 691 nəfər müalicə olunaraq sağalıb, 1323 nəfər vəfat edib. Aktiv xəstə sayı 41011 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 700 min 654 test aparılıb. Bugünkü test sayı isə 18420-dir.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti