Xırdalanda maşın, Neftçalada ev yanıb

Xırdalanda maşın, Neftçalada ev yanıb
  29 Noyabr 2020    Oxunub:2289
Abşeron rayonunun Xırdalan şəhərində “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Neftçala rayonunun Beştalı kəndində ümumi sahəsi 98 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti