9 nəfər liftdə köməksiz vəziyyətdə qaldı

9 nəfər liftdə köməksiz vəziyyətdə qaldı
  29 Noyabr 2020    Oxunub:1731
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Xətai və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 9 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Lift  





Xəbər lenti