Masazırda yanğın, sakinlər təxliyə olundu

Masazırda yanğın, sakinlər təxliyə olundu
  29 Noyabr 2020    Oxunub:2517
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış binasında (Viktoriya yaşayış kompleksi) yanğın olması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, binanın şaxtasında elektrik naqilləri və sayğaclar yanıb. 17 nəfər bina sakini (o cümlədən 7 azyaşlı) təhlükəsiz əraziyə çıxarılıb. Yanğın söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti