FHN Sabunçudakı yanğınla bağlı məlumat yaydı

FHN Sabunçudakı yanğınla bağlı məlumat yaydı
  29 Noyabr 2020    Oxunub:2755
Fövqəladə Hallar Nazirliyi (FHN) Sabunçu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 2500 m² olan (hər mərtəbəsi 500 m²) beşmərtəbəli binanın (qeyri-yaşayış təyinatlı) üçüncü mərtəbəsində sahəsi 200 m² olan otağın yanar konstruksiyaları 150 m² sahədə və içərisində olan mətbəx ləvazimatları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti